13 sentyabr 2019
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sentyabrın 12-də “Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçirildi.
Təlimdə APFM MHBS Komitəsinin sədri Kəmaləddin Quliyev tərəfindən mövzu üzrə təqdimat keçirildi, sahibkarları maraqlandıran suallar cavablandırıldı.