Xəbərlər

01 sentyabr 2019

APFM kollektivi yeni Aksiom Tədris Mərkəzinin açılış mərasimində iştirak etdi. Həmçinin tədbirdə APFM və Tədris mərkəzi arasında Əməkdaşlıq Memorandumu da imzalandı və Mərkəz Assosiasiyanın tədris şəbəkəsinə daxil oldu. Bu münasibətlə Aksiom Tədris Mərkəzinin rəhbəri- APFM tələbəsi və üzvü -Əfqan Səfərlini və bütün kollektivi ürəkdən təbrik edir, xeyirli olsun deyirik və uğurlar arzu edirik!

Bu arada həmçinin APFM tədris şəbəkəsinə daxil olan digər tədris mərkəzlərini də- Link Infosystem, Azerikonsaltinqservis, Progress Service Centre, Escape Academy, Etika Akademiyası- payız tədris sessiyasının başlanması münasibətilə təbrik edirik, təlim prosesində uğurlar diləyirik!

Nəzərinizə çatdırırıq ki, tədris mərkəzlərində Beynəlxalq mühasibat uçotu, IFRS , Dip IFR, Maliyyə menecmenti, HR menecment, Daxili audit və PMS hazırlıq üzrə təlimlər təklif olunur, beynəlxalq kvalifikasiyalı proqramlar tədris olunur.

01 sentyabr 2019
01 sentyabr 2019