Xəbərlər

APFM üzvləri üçün növbəti seminar keçirildi

APFM üzvləri üçün növbəti seminar keçirildi
29 oktyabr 2022-ci il tarixində Divan Express Hotel-də APFM üzvləri üçün “MHBS (IFRS) 16- İcarələr" mövzusunda seminar keçirildi. Çox sevindirici haldır ki, bu dəfəki tədbirdə peşəkar mühasib üzvlərimizin sayı çoxluq təşkil edirdi. Seminar APFM İdarə Heyətinin sədr müavini, Beynəlxalq Sertifikasiya Mərkəzinin rəhbəri Rauf Rzayev tərəfindən aparıldı. İlk öncə “MHBS (IFRS) 16- İcarələr" haqqında nəzəri məlumatlar təqdim olundu, standartın tətbiqi ilə bağlı məsələlər müzakirə olundu, daha sonra isə praktiki keyslər həll olundu, APFM üzvlərinin sualları cavablandırıldı.
Həmçinin APFM üzvlərinin birgə layihəsi olan Baku Career House tərəfindən çox maraqlı bir təqdimat keçirildi. 2022-ci ilin sentyabrından başlayan bu layihə APFM üzvləri tərəfindən böyük maraqla qarşılandı. Baku Career House missiyası məktəblilərə və onların valideyinlərinə ideal karyera yolunu müəyyənləşdirməyə və hər peşədən real həyatda nə gözləməli olduqlarını daha yaxşı anlamağa kömək etməkdir. Beləliklə, yeniyetmələr üçün gələcək peşənin «dadına» baxmağa imkan yaradılır və peşə seçimində peşmançılıq yaşamamaq üçün artıq məktəbli vaxtlarından istədikləri peşələri sınaqdan keçirib sonra peşə seçiminə qərar verə bilirlər.
APFM -peşəkarları birləşdirən məkan olraq hər zaman belə əhəmiyyətli layihələrə dəstək olmağa hazırdı və gələcəcəkdə APFM üzvlərindən yeni layihələr gözləyirik!
Onu da qeyd edək ki, APFM öz ənənəsində sadiq qalaraq üzvlər üçün Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tələblərinə müvafiq olaraq CPD-Davamlı Peşəkar İnkişaf proqramları təqdim edir. CPD peşəkarın karyerası boyunca şəxsi bacarıq və biliklərinin artırılmasına yönəlmiş vahid yanaşmadır. Xarici ölkələrdə bu proqramlar qanunvericilik səviyyəsində tənzimlənir və müvafiq peşəkar mühasib və audit təşkilatları tərəfindən üzvləri üçün tətbiq olunur. Düşünürük ki, belə bir təcrübənin qanunvericilik çərçivəsində Azərbaycanda da tətbiq olunması mühasiblərimizin iş yerindəki performansı və gələcək karyera perspektivlərini artırmaq üçün bacarıq və səriştələrinin tez-tez təkmilləşdirilməsi, mövcud biliklərinin yenilənməsi baxımından çox vacibdir. APFM üzvləri üçün belə maraqlı tədbirlərimiz davam edəcək.
APFM üzvləri üçün növbəti seminar keçirildi

APFM üzvləri üçün növbəti seminar keçirildi

APFM üzvləri üçün növbəti seminar keçirildi

APFM üzvləri üçün növbəti seminar keçirildi

APFM üzvləri üçün növbəti seminar keçirildi


APFM üzvləri üçün növbəti seminar keçirildi

APFM üzvləri üçün növbəti seminar keçirildi

APFM üzvləri üçün növbəti seminar keçirildi