"MHBS-də 2026-ci ildə qüvvəyə minən dəyişikliklər" seminarı
MHBS-də Yeniliklər: APFM-in Növbəti Seminarı Uğurla Başa Çatdı Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) üzvlərinin peşəkar inkişafını diqqət mərkəzində saxlayaraq, aktual mövzularda maarifləndirmə tədbirlərini davam etdirir. Bu silsilədən növbəti seminarımız “MHBS-də 2026-cı ildə qüvvəyə minən dəyişikliklər” mövzusuna həsr olundu.
Seminarın spikeri EY Azərbaycan şirkətinin əməkdaşı, təcrübəli Audit Meneceri Tofiq Cəbiyev idi. Görüş zamanı maliyyə dünyası üçün böyük əhəmiyyət kəsb edən aşağıdakı məqamlar ətraflı müzakirə olundu:
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında (MHBS) gözlənilən əsas yeniliklər;
Yeni standartların tətbiqi mexanizmləri və müəssisələrə təsiri;
Praktiki keyslər və hesabatlılıq zamanı diqqət yetirilməli olan məqamlar.
İnteraktiv Müzakirə İştirakçıların böyük marağına səbəb olan seminarda auditoriyanın sualları spiker tərəfindən geniş şəkildə cavablandırıldı və real iş proseslərində qarşıya çıxa biləcək çətinliklərin həlli yolları izah edildi.
"Faydalı və peşəkar təqdimat üçün Tofiq Cəbiyevə və iştirak edən bütün üzvlərimizə təşəkkürümüzü bildiririk. APFM ilə peşəkar inkişafınız davamlı olsun!"