Xəbərlər

“Peşəkar kimlik altında Mən” – APFM üzvləri üçün eksklüziv seminar

 20 sentyabr 2025-ci il tarixində Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyası və Beynəlxalq Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICFM) üzvləri üçün xüsusi seminar təşkil edildi. Tədbir yalnız ICFM memberAPFM korporativ üzvləri üçün nəzərdə tutulmuşdu və iştirakçılar üçün tam ödənişsiz idi.

Seminar beynəlxalq kouç, Self Center-in rəhbəri Səbinə İbrahimlinin moderatorluğu ilə keçirildi. Mövzu isə müasir dövrdə hər bir peşəkar üçün olduqca aktual sayılan “Peşəkar kimlik altında Mən” idi.

 

Seminar iştirakçılara kimlik anlayışına dərinliklə nəzər salmaq imkanı verdi. Müzakirələr zamanı:

  • Şəxsi və peşəkar kimlik arasındakı fərqlər aydın şəkildə izah olundu;

  • Dəyərlərin və inancların kimlik formalaşmasındakı rolu önə çıxarıldı;

  • İştirakçılar öz həyatlarında və iş mühitində oynadıqları rolları analiz etdilər;

  • Peşəkar güclü tərəflərin kəşfi və onların inkişaf etdirilməsi yolları öyrənildi;

  • “Kölgədə qalan xüsusiyyətlər” mövzusu müzakirə olunaraq hər kəsin daxili potensialına fərqli baxış təqdim edildi.

    Seminar interaktiv müzakirələr və praktik tapşırıqlar üzərində qurulduğu üçün iştirakçılar yalnız nəzəri biliklər deyil, həm də gündəlik həyat və iş mühitində istifadə edə biləcəkləri praktiki bacarıqlar qazandılar.

Bu seminar hər bir iştirakçıya öz kimliyinə fərqli bir bucaqdan baxmaq, şəxsi və peşəkar güclü tərəflərini daha yaxşı tanımaq, həm iş həyatında, həm də gündəlik həyatda praktik tətbiq oluna biləcək biliklər qazanmaq imkanı verdi.

Peşəkar kimliyin dərin təhlili xüsusilə maliyyə, idarəetmə və biznes sahəsində çalışan üzvlər üçün faydalı oldu. Çünki müasir iş dünyasında uğurun açarı yalnız texniki biliklər deyil, həm də özünü daha yaxşı tanımaq və fərqli situasiyalarda düzgün mövqe ortaya qoya bilməkdir.

 

Tədbir iştirakçılarına təşəkkürümüzü bildiririk! 

“Peşəkar kimlik altında Mən” – APFM üzvləri üçün eksklüziv seminar