Xəbərlər

Mühasiblər üçün uyğunluq çərçivəsinə dair seminar təşkil olundu

Əməkdaşlıq memorandumu çərçivəsində APFM, KPMG Azərbaycan və RNN Partners & Co şirkətinin birgə təşkilatçılığı ilə APFM üzvləri üçün “Mühasiblər üçün uyğunluq çərçivəsi: Yerli Qanunvericilikdən Beynəlxalq Standartlara” mövzusunda növbəti ödənişsiz seminar keçirildi. Tədbir Zirə Mədəniyyət Mərkəzi – EKO Park da təşkil olundu.

Seminarda yerli qanunvericilikdəki komplayans öhdəlikləri və beynəlxalq standartlara (MHBS) uyğunluq, Əmlakın Legallaşdırılmasına /Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Proqramlarına Uyğunluq, ƏL/TMM Riskinin Qiymətləndirilməsi mövzuları üzrə təqdimatlar keçirildi, hüquqi aspektlər, praktik yanaşmalar izah olundu. Həmçinin ICFM “Financial Monitoring Professional Diploma” (DipFMP) yeni programının təqdimatı baş tutdu. APFM üzvlərinə bu proqramda tədris olunacaq mövzular, tədris prosesi, sonda əldə olunacaq biik və bacarıqlar haqqında geniş məlumat verildi

 

Mühasiblər üçün uyğunluq çərçivəsinə dair seminar təşkil olundu