APFM-in əməkdaşları "Techera Academy MMC" və Dövlət Məşğulluq Agentliyinin Şirvan Gənclər Evində həyata keçirdiyi 3 aylıq "Mühasibatlıq" və "Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı" təlimlərinin iştirakçıları üçün təşkil etdiyi "Gənclərin iş dünyasına inteqrasiyası" adlı tədbirdə iştirak etdilər. Tədbirdə APFM-in İdarə Heyətinin sədri Nuriyyə Novruzova, "Techera Academy MMC"-nin direktoru Ramil İsmayılov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, "Business Class Azerbaijan"-ın direktoru Məleykə Bədəl, "ATS FOOD" MMC-nin Təlim, İnkişaf və İşə qəbul üzrə şöbə rəhbəri Namiq Mustafayev iştirak etdilər, təlim iştirakçılarının suallarını cavabladılar, onlara maraqlı olan mövzular üzrə geniş məlumatlar verdilər. Sonda təlimin Birinci Qiymətləndirmə Sınaq İmtahanında fərqlənən tələbələrə, APFM və "Techera Academy MMC" adından hədiyyələr təqdim edildi.
Tədbirin təşkilatçıkarına təşəkkür edirik!