APFM üzvləri Böyük Britaniyanın NOKS Events şirkətinin təşkilatçılığı ilə beynəlxalq seminar və işgüzar görüşlərdə iştirak etdilər. Tədbir “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS): Davamlılıq inteqrasiyası, rəqəmsal transformasiya” mövzuları üzrə bir neçə sessiyadan, seminar, panel müzakirələri, praktiki nümunələr və qlobal təcrübələrin təqdimatından ibarət oldu.
Hazırda ətraf mühit və sosial aspektləri daxil etmək üçün maliyyə hesabatlarının əhatə dairəsi genişləndirilir. MHBS-nın davamlılıq və rəqəmsallaşma ilə inteqrasiyası bir sıra strateji üstünlükləri təmin edir, Azərbaycan üçün MHBS-nın davamlılıq və rəqəmsal transformasiya ilə inteqrasiyası yalnız iqtisadi inkişaf baxımından deyil, həm də beynəlxalq standartlara uyğunlaşma və sosial məsuliyyətin artırılması baxımından böyük əhəmiyyətə malikdir. Avtomatlaşdırma alətləri, rəqəmsal aktivlər və süni intellekt mürəkkəb hesabatların MHBS-na uyğunluğunu təmin etmək, prosesləri sadələşdirmək və dəqiqliyi artırmaq üçün getdikcə daha çox istifadə olunur və bu baxımdan mütəxəssislərimizin yeni biliklər əldə etməsi zəruridir.
Səfər çərçivəsində həmçinin APFM üzvləri üçün ekskursiyalar və mədəni tədbirlər təşkil olundu.