APFM Korporativ üzvləri üçün 03-04 may 2025-ci il tarixlərində "Basqal Resort & Spa" otelində “Maliyyə Dayanıqlığı və Rəqəmsal Keçid: Müasir İdarəetmə Strategiyaları"mövzusunda seminar təşkil olundu.
Moderator-APFM-in MHBS Komitəsinin sədri
Kəmaləddin Quliyev, rəqəmsallaşmanın maliyyə menecmentinə təsiri: süni intellekt və analitika alətlərinin maliyyə qərarlarında rolu, xərclərin effektiv idarə edilməsi haqqında müasir yanaşmaları praktik nümunələr üzərindən izah etdi, qarşıdakı iqtisadi çağırışlara hazırlıq, davamlı inkişafın maliyyələşdirilməsi, yaşıl maliyyə və ESG (Environmental, Social, Governance) standartları haqqında geniş məlumat verdi. Seminar aktiv sual-cavab, müzakirələr formatında keçdi, sonda isə APFM-in əməkdaşlarının hazırladığı maraqlı viktorina sualları təqdim olundu.