Xəbərlər

17 Aprel

APFM və Azərbaycan Universiteti ilə bağlanmış memorandum çərçivəsində Finans Academy nin təşkilatçılığı ilə Universitetin tələbələri üçün “Mühasibatlıq prizmasında maliyyə hədəfləri” mövzusunda ustad dərsi keçirildi. İlk öncə APFM-in sədri Nuriyyə Novruzova çıxış edərək APFM-in fəaliyyəti, beynəlxalq proqramlar və tədris prosesi haqqında məlumat verdi. Sonra isə APFM Komitə üzvü- peşəkar təlimçi Emin Kazımov tərəfindən ustad dərs təqdim olundu. O, tələbələrə mühasibatlıq və maliyyə hədəfləri arasında əlaqə, maliyyə hədəflərinin məqsədləri və təyin edilməsi, hədəflərə nail olma yolları barədə məlumatlar verdi, bu sahədə öz təcrübəsini bölüşdü, tələbələrin mövzu ilə bağlı suallarını cavablandırdı.

17 Aprel