Xəbərlər

4 aprel

APFM və universitetlər arasında bağlanmış memorandumlar çərçivəsində mütəmadi olaraq APFM Komitə üzvləri tərəfindən tələbələr üçün ustad dərslərinin keçirilməsi davam etdirilir. Bu dəfə isə maraqlı bir görüş Bakı Avrasiya Universitetinin tələbələri ilə keçirildi. APFM Komitə üzvü- peşəkar təlimçimiz və təcrübəli mütəxəssis İlkin İsmayıllı tələbələrlə görüşərək onlarla öz təcrübəsini bölüşdü, Açıq dərs zamanı daxili auditin həm nəzəri, həm də praktiki aspektlərinə toxunaraq real iş mühitində rastlaşılan çətinliklər və onların həlli yolları haqqında danışdı. O, həmçinin tələbələrin gələcək karyera yolları ilə bağlı suallarını cavablandırdı.

4 aprel