11 yanvar 2025-ci il tarixində APFM üzvləri üçün ilk seminarımız uğurla başa çatdı. Mövzu
2025-ci ildə MHBS-da qüvvəyə minən dəyişiklərin izahına həsr olundu. Seminar PWC
Lüksemburq şirkətinin audit üzrə meneceri -Günel Səlimova tərəfindən aparıldı.
Seminarda beynəlxalq Vergi Reformu- Pillar 2 Model Qaydaları, öhdəliklərin cari və ya uzun
müddətli tanınması- MUBS 1-ə düzəliş, icarə öhdəlikləri, satış və yenidən icarədə- MHBS
16-ya düzəliş, maliyyə qiymətləndirilməsi və təsnifatı- MHBS 9 və MHBS 7 düzəliş, MHBS-
larda təkmilləşdirilmələr, MHBS 18, MHBS 19, investor və onun asılı və ya birgə müəssisəsi
arasında aktivlərin satışı və ya qoyuluşu– MHBS 10 və MUBS 28, ESG reporting SFDR,
geosiyasi risklər, iqlim dəyişikliyi, davamlılıq hesabatı və maliyyə hesabatı arasında əlaqə
və s mövzular müzakirə olundu.