Xəbərlər

27 noyabr, 2024

27 noyabr, 2024

26 noyabr 2024-cü il tarixində APFM Komitə üzvlərinin iştirakı ilə ilin yekunlarına
həsr olunmuş növbəti Komitə iclası keçirildi. Görüşdə APFM-in 2024-cü ildə
fəaliyyəti, əldə olunan uğurlar və nəticələr, təlim prosesi və üzvlük proqramları
üzrə tədbirər, yeni istiqamətlər, layihələr, üzvlərin və təlim iştirakçılarının
məmnuniyyəti istiqamətində təkliflər, görüləcək işlər və eləcə də 2024-cü ilin son
möhtəşəm tədbirinə -APFM Awards hazırlıqlar müzakirə olundu, 2025-ci il
Tədbirlər planının ilkin versiyası və Finansist jurnalının yeni rubrikaları təsdiq
olundu. Hər zaman APFM-in inkişafına töhfə verən Komitə üzvlərimizə təşəkkür
edirik!