Xəbərlər

20 noyabr, 2024

20 noyabr, 2024

Dayanıqlı İnkişaf Standartlarının yeni buraxıldığını və bu standartların tətbiqi ilə bağlı kommersiya
təşkilatlarının məlumatlandırılmasının zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft Şirkətinin COP29-la əlaqədar Olimpiya Stadionunun
“Yaşıl zona”sında təşkil edilmiş pavilyonunda “Dayanıqlı İnkişaf
Standartlarının tətbiqi” mövzusunda seminar keçirilmişdir və APFM nümayəndəsi- Aytən Əliyeva da bu
tədbirdə iştirak etmişdir.
Qeyd edək ki, Dayanıqlı İnkişaf Standartları Şurası tərəfindən 26 iyun 2023-cü ildə “Dayanıqlı inkişafla
əlaqədar maliyyə məlumatlarının açıqlanmasına dair ümumi məlumatlar” və “İqlimlə bağlı məlumatların
açıqlanması” adlı ilk iki standart dərc edilmişdir.
Həmin standartlar dayanıqlı inkişafla və iqlimlə bağlı risklərin və imkanların müəyyən edilməsi, ölçülməsi
və açıqlanması ilə bağlı tələbləri müəyyən edir ki, bu da
ümumi təyinatlı maliyyə hesabatlarının əsas istifadəçiləri tərəfindən müəyyən qərarların qəbul edilməsi
ilə əlaqədar əhəmiyyətlidir.