Ənənəvi olaraq hər il olduğu kimi bu il də 09-16 noyabr 2024-cü il tarixində London
şəhərində Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı- ICB/ICFM Global
tərəfindən Avropanın və MDB-nin beynəlxalq təşkilatlarının, aparıcı şirkətlərinin
nümayəndələrinin, mühasibat, vergi, audit, maliyyə nəzarəti və iqtisadiyyatın digər
sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə növbəti Beynəlxalq Summit keçirildi.
Tədbirdə ICB/ICFM-in Azərbaycanda rəsmi nümayəndəsi- Azərbaycan Professional
Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə Azərbaycandan geniş
nümayəndə heyəti tərkibində nazirliklərin, dövlət təşkilatlarının və ictimai əhəmiyyətli
qurumların əməkdaşları-APFM üzvləri iştirak etdilər.
Bu toplantı hər il olduğu kimi maliyyəçilər üçün davamlı inkişaf proqramına uyğun uğurlu
mühasibat karyerası, gələcək mühasibatlıqda gözləntilər və reallıqlar, süni intellekt,
təcrübə strategiyası və s mövzuları əhatə edən canlı panel çıxışlarından, sosial
toplantılardan, uğurlu biznes üçün taktiki məsləhətləri və sübut edilmiş strategiyaları
bölüşmək üçün "networking" müzakirələrdən, yarışlardan və texnoloji sərgilərindən
ibarət oldu.
Tədbirlər ərəfəsində 13 noyabr 2024-cü il tarixində ICB/ICFM Global nümayəndələri
üçün Böyük Britaniyanın parlamentində işgüzar nahar yeməyi təşkil olundu və
Azərbaycan nümayəndə heyəti- APFM üzvləri bu tədbirdə iştirak etdi. Həmçinin
beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə görüşlər keçirildi, mühasib və
maliyyə menecerlərinin, maliyyə mütəxəssislərinin peşəkar inkişafı üzrə beynəlxalq
əməkdaşlıq istiqamətləri müzakirə olundu. Tədbirdə qonaqlara Azərbaycanın milli
hədiyyələri təqdim olundu.
Summit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə dəiqtisadiyyatın inkişafına
töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan mühasib və
maliyyəçilərə 15-ci Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçirildi. Maliyyə
və mühasibatlıq dünyasının Oskarı sayılan bu mükafat Luca Paciolinin şərəfinə təsis
edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır.
Böyük qürur hissi ilə bildiririk ki, hər zaman mühasib peşəsinin inkişafına verdikləri
töhfələri ilə zirvədə olan APFM-in fərdi və korporativ üzvləri də (ölkəmizin nüfuzlu
təşkilatlarının nümayəndələri) bu tədbirdə Azərbaycanı təmsil edərək müxtəlif
nominasiyalar üzrə «LUCA 2024" mükafatı ilə təltif olundular. Mükafatlar rəsmi ziyafətdə
ICB/ICFM Global təşkilatının İcraçı direktoru xanım Ami Copeland tərəfindən təqdim
olundu.
1. “For Contribution to the Development of Financial Profession” (Maliyyə peşəsinin
inkişafina verdiyi töhfəyə görə) -Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikasının
Maliyyə naziri
2. "Financial Director of the Year" (İlin Maliyyə Direktoru)- Rasim Həsənov, İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin rəhbəri
3. "Financial Manager of the Year" (İlin Maliyyə Meneceri)- İlhamə İsrafilova, Bakı
Oksford Məktəbinin Maliyyə direktoru
4. "Chief Accountant of the Year" (İlin Baş Mühasibi)- Vüqar Əsgərov, Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyi, Maliyyə şöbəsinin müdir müavini, maliyyə
sektorunun müdiri
5. “For Contribution to the Improvement of Public Procurement Management” (Dövlət
satınalmalarının idarə edilməsinin təkmilləşdirilməsinə verdiyi töhfəyə görə)- Əhməd
Həsənov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri
6. "Financier of the Year" (İlin Maliyyəçisi)- Amid Mirzəyev, Dövlət Sosial Müdafiə
Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Mühasibat və sığorta
əməliyyatları şöbəsinin müdiri
7. “Auditor of the Year” (İlin Auditoru)- Kamal Məmmədov, Proqres Audit şirkətinin
direktoru
8. "Accountant of the Year" (İlin Mühasibi)- Rüfət Babayev, Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun baş mühasibi
9. “Tutor of the Year” (İlin Təlimçisi)- Zərqələm İsayeva, APFM Tədris Komitəsinin üzvü
10. “Specialist in Accounting of the Year” (Mühasibatlıq üzrə İlin Mütəxəsisi)- Aygün
Hüseynova, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun baş mühasibi
11. “Specialist in Finance of the Year” (Maliyyə üzrə İlin Mütəxəsisi)- Səma İbrahimova,
“Drakaris” MMC, YIĞIM Payment System, Maliyyə şöbəsinin müdiri
Bu gün APFM üzvlərinin beynəlxalq tədbirlərdə iştirak etməsi, mükafatlar alması,
ölkəmizi yüksək səviyyədə təmsil etməsi- təcrübəli mütəxəssislərimizin dünya
miqyasında tanınmasına, onların beynəlxalq səviyyədə hazırlanması istiqamətində
aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədir.
Qeyd edək ki, LUCA nominasiyaları üzrə namizədlər ilkin mərhələdə hər ölkədə
ICB/ICFM nümayəndəliyi tərəfindən nəzərdən keçirilir, təsdiqlənir, müraciətlər və
tövsiyələr vasitəsilə növbəti seçim mərhələsi üçün ICB/ICFM Beynəlxalq Şuraya təqdim
olunur.
Mükafatlara layiq görülmüş APFM üzvlərini bir daha təbrik edirik, onlara uğurlar arzu edirik!