Xəbərlər

16 noyabr, 2024


London şəhərində keçirilən Beynəlxalq sammit çərçivəsində 13 noyabr 2024-cü il tarixində
ICB/ICFM Global nümayəndələri üçün Böyük Britaniyanın parlamentində işgüzar nahar
yeməyi təşkil olundu və Azərbaycan nümayəndə heyəti- APFM üzvləri tədbirdə iştirak etdi.
Sammit çərçivəsində həmçinin beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə
görüşlər keçirildi, mühasib və maliyyə menecerlərinin, maliyyə mütəxəssislərinin peşəkar
inkişafı üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olundu. Tədbirdə qonaqlara
Azərbaycanın milli hədiyyələri təqdim olundu.

16 noyabr, 2024