APFM üzvləri London şəhərində keçirilən "Mühasiblərin Zirvə Toplantısı 2024" beynəlxalq
tədbirdə iştirak edirlər.
Bu toplantı hər il olduğu kimi maliyyəçilər üçün davamlı inkişaf proqramına uyğun uğurlu
mühasibat karyerası, gələcək mühasibatlıqda gözləntilər və reallıqlar, süni intellekt, təcrübə
strategiyası və s mövzuları əhatə edən canlı panel çıxışlarından, sosial toplantılardan,
uğurlu biznes üçün taktiki məsləhətləri və sübut edilmiş strategiyaları bölüşmək üçün
"networking" müzakirələrdən, yarışlardan və texnologiya sərgilərindən ibarətdir.
Tədbirlər həftə sonunadək davam edəcək.