Xəbərlər

14 oktyabr, 2024

Mühasiblərin və Auditorların 8-ci Avrasiya Forumu çərçivəsində APFM və Monteneqro Mühasiblər və Auditorlar İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalandı. Sənəddə hər İki peşəkar təşkilatın üzvü olan maliyyə menecerləri, mühasiblər tərəfindən həyata keçirilən fəaliyyətlərdə etika, təhsil və keyfiyyət sahəsində qarşılıqlı dəstək nəzərdə tutulur.

Tədbirdə mühasibatlıq peşəsinə müstəsna dəstəyin tanınması və forum vasitəsilə qarşılıqlı əməkdaşlığın təşviqinə görə Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru Rade Scekic APFM-ə "Təşəkkür sertifikatı" təqdim etdi.

Hər iki peşəkar təşkilata uğurlar arzu edirik!

14 oktyabr, 2024