APFM üzvlərinə Beynəlxalq üzvlük diplomaları təqdim olundu! ICB/ICFM Global təşkilatının baş icraçı direktoru Ami Copeland, Qlobal Əməkdaşlıq üzrə menecer Alina Siatkovskaia və qurumun Azərbaycanda rəsmi nümayəndəsi, APFM-in sədri Nuriyyə Novruzovanın iştirakı ilə "ICFM Professional Financial Manager" tam kvalifikasiyasını əldə etmiş APFM üzvlərinə Beynəlxalq üzvlük diplomlarının təqdimat mərasimi keçirildi. Ami Copeland APFM ilə olan uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirdi və bu kvalifikasiyaların mühasib, maliyyə meneceri və daxili auditorların karyerasının inkişafında mühüm rol oynadığını vurğuladı. APFM-in sədri Nuriyyə Novruzova APFM ailəsi adından qonaqlara Azərbaycana səfər etdikləri üçün təşəkkür etdi və qeyd etdi ki, beynəlxalq üzvlük imtiyazları APFM üzvləri üçün daha geniş imkanlar açacaq və onların daimi peşəkar inkişafına mühüm töhfə olacaq. Beynəlxalq üzvlük əldə etmiş ilk APFM üzvlərini təbrik edirik və onlara uğurlar arzu edirik, digər peşəkar üzvlərimizə də Peşəkar Maliyyə Meneceri kvalifikasiyası əldə edərək beynəlxalq üzvlük proqramına qoşulmağı arzu edirik!