Ölkəmizdə səfərdə olan ICB/ICFM Global təşkilatının Institute of Certified Bookkeepers baş icraçı direktoru Ami Copeland ilə Britaniya-Azərbaycan Ticarət Palatasının (BCCA)British Chamber of Commerce Azerbaijan həmsədri Con Patterson arasında görüş keçirilib. Görüşdə həmçinin qurumun Qlobal Əməkdaşlıq üzrə meneceri Alina Siatkovskaia, APFM-in sədri Nuriyya Novruzova da iştirak edib.
Qeyd olunub ki, Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və ümumi dəyərlərin möhkəm təməli üzərində qurulan əlaqələr inkişaf edir və Palata hər iki ölkə arasında münasibətlərin inkişafına və səmərəli əməkdaşlığa töhfə verir.
Görüşdə təhsil sahəsində yeni əməkdaşlıq sahələrinin, birgə təşəbbüslərin reallaşdırılması imkanları və tərəfdaşlığın genişlənməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, APFM 2007-ci ildən etibarən ICB/ICFM Global təşkilatının Azərbaycanda rəsmi nümayəndəsi kimi beynəlxalq kvalifikasiyalar üzrə təlimlər və imtahanlar təşkil edir.