Mühasiblərin və Auditorların 8-ci Avrasiya Forumu ərəfəsində Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti xanım Asmaa Resmouki ilə bir sıra dövlət qurumlarının rəhbər şəxsləri arasında və eləcə də ali təhsil ocaqlarında görüşlər təşkil olunmuşdur. Daha bir görüş SOCAR-ın Bakı Ali Neft məktəbində keçirildi. Görüşdə maliyyə peşəsinə artan maraq, müəssisələrdə yüksəkixtisaslı maliyyəçilərə, peşəkar, şəffaf mühasiblərə böyük ehtiyac olduğu vurğulandı.
Görüş iştirakçıları yaşıl iqtisadiyyat, davamlı inkişaf və ekoloji dəyərlərin tətbiqi ilə bağlı aktual mövzular ətrafında fikir mübadiləsi apardılar.