Xəbərlər

24 sentyabr, 2024

APFM və SOCAR Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Mühasiblərin və Auditorların 8-ci Avrasiya Forumu” ərəfəsində Azərbaycana səfər edən ICB/ICFM Global təşkilatının baş icraçı direktoru Ami Copeland ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyi arasında görüş keçirilib. Görüşdə həmçinin qurumun Qlobal Əməkdaşlıq üzrə meneceri Alina Siatkovskaia, APFM-in sədri Nuriyya Novruzova da iştirak edib. Görüş zamanı yerli mühasiblərin professional inkişafında beynəlxalq kvalifikasiyaların rolu, mühasibatlıq etikası və yaşıl iqtisadiyyat şəraitində hesabatlıq barədə müzakirələr aparılıb, ICB/ICFM beynəlxalq imtahanlarında ən yüksək nəticə göstərən dinləyicilər üçün səfirlikdə diplomların təqdimat mərasiminin keçirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, APFM 2007-ci ildən etibarən ICB/ICFM Global təşkilatının Azərbaycanda rəsmi nümayəndəsi kimi beynəlxalq kvalifikasiyalar üzrə təlimlər və imtahanlar təşkil edir.

  24 sentyabr, 2024