Xəbərlər

13 İyun,2024

Hazırda bütün dünyada dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyat”ın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir və bu məqsədlə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.
Bu istiqamətdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar olaraq, APFM və SOCAR Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə 2024-cü il 18-20 sentyabr tarixlərində “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda Bakıda Avropanın və Asiyanın nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçiriləcək. Forum “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunur.
13 İyun,2024