Xəbərlər

17 may 2024

Hər il olduğu kimi, bu il də 14-21 may 2024 tarixində Belçikanın Brüssel şəhərində Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə — Avropanın mühasib, audit və maliyyə sektoru üzrə tanınmış mütəxəssislərini cəmləşdirən möhtəşəm konfrans keçirildi. Beynəlxalq konfrans təcrübənin transformasiyasına, xüsusən də rəqəmsal və davamlı aspektlərə diqqət yetirdi.
APFM Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya olunmuşdur və həmçinin 2016-cı ildən etibarən EFAA-nın üzvüdür. Qeyd edək ki, EFAA-nın Avropada 320,000 mühasib və auditorları təmsil edən 19 üzvü var və APFM-in də bu üzvlər arasında yer tutması çox böyük əhəmiyyət kəsb edir.
Tədbir “Dayanıqlı hesabatlıq, süni intellekt və mühasibin rolu” mövzuları üzrə bir neçə sessiyadan ibarət oldu. Konfransda müzakirə olunan mövzular bu sahədə ən son dəyişiklikləri, yeni yanaşmaları, eləcə də qarşıya çıxan praktiki çətinlikləri və həlli yollarını təqdim etdi.
Konfrans 21 may tarixinədək davam edəcək, iştirakçılar üçün dəyirmi masalar, eləcə də sosial tədbirlər, ekskursiyalar təşkil olunacaq.
17 may 2024