Xəbərlər

3 may, 2024

02 may 2024-cü il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm- Tədris Mərkəzi (METM), Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatı kimi fəaliyyət göstərən-Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Böyük Britaniyanın Dövlət Maliyyəsi və Mühasibatlıq İnstitutu (CIPFA) arasında Anlaşma Memorandumu imzalandı.
CIPFA dövlət və ictimai xidmətlərə dəstək göstərən və dövlət maliyyəsi sahəsində çalışan mütəxəssislər üçün peşəkar qurumdur. O, Böyük Britaniyada və digər ölkələrdə yüksək keyfiyyətli dövlət maliyyə idarəçiliyi üzrə ixtisaslaşmış maliyyə rəhbərləri və rəsmilərini əhatə edən təxminən on dörd min (14,000) üzvü ilə təmsil olunur.
Bu Anlaşma Memorandumunun məqsədi yüksək keyfiyyətli dövlət maliyyə idarəçiliyinin inkişafı üçün “Tərəflər” arasında davamlı əməkdaşlıq üçün platforma, Azərbaycanda CIPFA imtahanlarından uğur qazanmış namizədlərin sonrakı üzvlük imkanlarını, bacarıq və potensialını təkmilləşdirmək üçün təcrübə birliyi yaratmaqdır. Beynəlxalq Mühasiblər Federasiyasının üzvləri olan peşəkar mühasib təşkilatları APFM, CIPFA və METM, IFAC-ın tələblərinə müvafiq olaraq CIPFA kvalifikasiyalarını əldə etmiş namizədlərin sonrakı davamlı peşəkar inkişafını təmin etmək üçün İSMUBS üzrə beynəlxalq tədris standartlarına (IES) əsaslanan CPD proqramlarıının hazırlanması və təqdim olunması məqsədilə ortaq fəaliyyəti həyata keçirəcək.

3 may, 2024