Xəbərlər

23 Aprel, 2024

20-21 aprel 2024-cü il tarixlərində "Qalaalti Hotel & Spa" otelində APFM üzvləri üçün APFM Beynəlxalq Sertifikasiya Mərkəzinin rəhbəri, eləcə də RNN Advisor şirkətinin direktoru Rauf Rzayevin moderatorluğu ilə “Maliyyə kompası: biznes dünyasının naviqatoru” mövzusunda növbəti səyyar seminar təşkil olundu.
Seminarda maliyyə menecmenti, hesabatların təhlili, müəssisənin maliyyə vəsaitlərinin idarə
edilməsinin əsasları, maliyyə təhlili və diaqnostikası, işçi kapitalın idarə edilməsi, investisiya layihələrinin təhlili, müəssisənin mənfəətliliyinin idarə edilməsi, maliyyə planlaşdırma sistemində büdcələrin hazırlanması və s mövzular əhatə olundu, keyslər üzərindən nümunələr təqdim olundu.
Sonda isə APFM tədris mərkəzi Finans Academy-nin əməkdaşları Leyla Məmmədzadə və Aytən Əliyevanın təqdimatında maraqlı viktorina və interaktiv oyun keçirildi. Tədbir çərçivəsindı APFM üzvləri üçün şam yeməyi və ekskursiyalar da təşkil olundu.
Tədbirin faydalı, maraqlı və yadda qalan keçməsinə görə APFM üzvlərinə və komandasına təşəkkür edirik!
23 Aprel, 2024