Xəbərlər

15 Mart 2024

Azərbaycanda artıq beş ildir keçirilən “EY İlin İş Adamı” müsabiqəsi başa çatdı. APFM və Finansist jurnalı olaraq bu müsabiqənin tərəfdaşı olmaqdan qürur duyuruq. Fairmont otelində təşkil edilmiş təntənəli yubiley mərasimdə qalib elan edildi. Müsabiqənin əsas qalibi “Baku Holiday Travel” şirkətinin rəhbəri Ramil Rzayev oldu. O, Azərbaycanı “Dünya Üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Bu müsabiqə ölkə iqtisadiyyatına və yerli sahibkarların inkişafına böyük töhfədir.
Müsabiqənin qalibi Ramil Rzayevi təbrik edirik! Tezliklə Finansistdə onunla daha yaxından tanış olacayıq.
15 Mart 2024