Xəbərlər

7 Mart 2024

07 mart 2024-cü il tarixində Orta Asiya, Baltikyanı region və Zaqafqaziyanın peşəkar mühasib və audit təşkilatlarının 2-ci regional görüşü keçirilib. Görüşdə Azərbaycandan Auditorlar Palatası və APFM-in nümayəndələri iştirak edərək məruzə ilə çixiş edib.
Bu tədbir nümayəndələrin uğurla keçirilən ilk iclasının davamı kimi auditorların və mühasiblərin yerli və regional səviyyədə peşəkar fəaliyyətinə təsir edən aktual məsələlərin müzakirəsinə həsr olunmuşdur. Tədbirdə qanunvericilikdə dəyişikliklər və onların biznesə təsiri,audit və mühasibat uçotu sahəsində yeni tələblər və standartlar, regionumuzda istifadə olunan qabaqcıl təcrübələr ətrafında diskussiyalar aparılıb.
7 Mart 2024