Xəbərlər

5 Mart 2024

APFM üzvləri və PMS imtahanlarına hazırlaşan mühasiblər üçün “MHBS və İSMUBS üzrə PMS 1-ci mərhələsində uğurun ən vacib standartları” mövzusunda *networking biznes-branç* formatında seminar keçirildi. Seminar APFM Təhsil Komitəsinin üzvü, peşəkar təlimçi Elxan Bodurov tərəfindən təqdim olundu. Tədbirdə MHBS və İSMUBS üzrə vacib standartlar üzrə mövzular müzakirə olundu, praktik məsələlər və nümunələr üzərindən izah olundu. Ətraflı təqdimata görə təlimçimiz Elxan Bodurova təşəkkür edirik və PMS imtahanlarına hazırlaşan mühasiblərimizə uğurlar arzu edirik.
Qeyd edək ki, peşəkar təlimçimiz Elxan Bodurov tərəfindən aprel ayından MHBS və İSMUBS üzrə online təlimlərə start veriləcək.
5 Mart 2024