22 Fevral 2024
APFM üzvləri üçün “Risklərin Effektiv İdarə Edilməsi və Strategiyaları" Networking səhər yeməyi təşkil olundu. Tədbir APFM Risk Menecment Komitəsinin sədri, SOCAR Karbamid zavodunun Risklərin idarə olunması üzrə meneceri Ramil Bayramovun moderatorluğu ilə keçirildi. Seminarda risk anlayışı, risklərin idarə edilməsində menecer və ya rəhbər şəxsin malik olmalı olduğu bacarıqlar, müəssisələrdə risklərin effektiv idarə olunması mexanizimləri və prinsipləri praktiki keyslər, misallar üzərindən izah olundu. Seminar aktiv müzakirə-diskussiya formatında aparıldı. Seminarda maraqlı təqdimata görə Ramil Bayramova təşəkkürümüzü bildiririk. APFM üzvləri üçün təşkil olunan “networking” tədbirləri üzvlərimiz arasında müntəzəm sıx münasibətlər, xoş ünsiyyət formalaşdırır, müsbət emosiyalar yaradır. Onlar təcrübə mübadiləsi aparır, ən yaxşı təcrübələrini və nailiyyətlərini bölüşürlər. Bu isə yeni işgüzar əlaqələr yaradır, tanışlıq dairəsini genişləndirir və biz inkişaf etməyə davam edirik.