10 Fevral 2024
APFM-də ICB/ICFM Global proqramları üzrə akkreditə olunmuş tədris mərkəzlərinin nümayəndələri ilə növbəti görüş keçirildi. Görüşdə tədris prosesi, tədris materiallarının yenilənməsi, təlimlərin keyfiyyətinin daha da artırılması, təlim iştirakçılarının məmnunluğu, marketinq və digər məsələlər müzakirə olundu, müvafiq təkliflər irəli sürüldü. Tədris mərkəzlərinin rəhbərləri belə müzakirələrin mütəmadi aparılmasının tədris fəaliyyətinin təkmilləşdirilməsi üçün vacib olduğunu bildirdilər, görüşlərin davamlı olmasını arzu etdilər. Qeyd edək ki, APFM 2007-ci ildən etibarən ICB/ICFM-in Azərbaycanda rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir və hazırda 9 təlim mərkəzindən ibarət tədris şəbəkəsinə malikdir.