8 fevral 2024
APFM üzvləri üçün təşkil etdiyimiz “Yüksək effektli insanların bacarıqları!” mövzusunda interaktiv seminarımız uğurlu keçdi, iştirakçılar çox məmnun qaldılar. “Proaktivlik” yüksək effektli insanların əsas bacarıqlarından biridir və inanırıq ki, seminar bu istiqamətdə iştirakçıların həyat məqsədlərinin və prioritetlərinin müəyyənləşdirilməsinə sistemli yanaşmasına kömək edəcək. Peşəkar psixoloq Məlahət Kazıbekova tərəfindən iştirakçılara “Proaktivlik” üzrə interaktiv tapşırıqlar -refleksiyalar 30 gün ərzində WhatsApp qrupu vasitəsilə davam edəcək. Bir daha Məlahət xanıma və iştirakçılara təşəkkür edirik!