18 yanvar 2024
13 yanvar 2024-cü il tarixində Peşəkar mühasib təşkilatı-APFM-in 2024-cü il üzrə nəzərdə tutulmuş Tədbirlər planına əsasən üzvlər üçün təşkil etdiyi ilk seminar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun əsas istiqamətləri mövzusuna həsr olundu. Seminar Dövlət Vergi Xidmətinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi, eləcə də APFM Qanunvericilik Komitəsinin üzvü - Rəşad Əhmədovun təqdimatında keçirildi. İştirakçılara dəyişikliklər barədə geniş məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı, dəyisikliklər nümunələr üzərində ətraflı izah edildi. İştirakçılar öz məmnunluqlarını bildirdi, vergi risklərinin aradan qaldırılmasında bu vergi seminarının əhəmiyyətini bir daha vurğuladılar.