Xəbərlər

15 yanvar 2024

Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2024-cü ilin 13 yanvar tarixində “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” Forum keçirilib.
Forumun keçirilməsində əsas məqsəd iqtisadi islahatların indiki mərhələsində müstəqil hesabatlılığı, audit və qiymətləndiricilər institutunu inkişaf etdirmək, onun təsirliliyini artırmaq, bu sahələrdə rəqəmsallaşma işini tətbiq etmək və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının həyata keçirilməsinin ölkəmizin iqtisadiyyatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında mühüm töhfə verməkdir.
Forumu Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açaraq qonaqları salamlayıb, forumun işinə uğurlar arzulayıb və forumun əhəmiyyətindən bəhs ediblər. Onlar qeyd eiblər ki, ölkədə mühasiblərə, auditorlara, maliyyəçilərə və qiymətləndiricilərə daim dövlət dəstəyi olub, xüsusən son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahələrin inkişafına göstərilən diqqət və qayğı sayəsində hesabatlılıq təkmilləşdirilmiş, kölgə iqtisadiyyatı azaldılmış və şəffaflıq artırılmışdır. Bu da öz növbəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarların işinin daha da yaxşılaşdırlmasına zəmin yaradıb.
Forum çərçivəsində APFM tərəfindən Assosiasiyanın sədr müavini, Peşəkar üzvlük Komitəsinin sədri Rəşad Əsgərov, Təhsil Komitəsinin üzvü, Finansist jurnalının baş redaktoru Sevinc Lütfəliyeva məruzə ilə çıxış etdilər.
Forumun yekunu olaraq ümumi fikir ondan ibarət olub ki, müasir şəraitdə yüksək şəffaflığa nail olunması üçün audit, mhasibat-maliyyə və qiymətləndirmə xidmətlərində dayanıqlı inkişafın, hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar müəyyən edilmiş kompleks tədbirlər bu sahələrin qabaqcıl təcrübəyə uyğun yenidən qurulmasına imkan verəcəkdir.
Sonda “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” keçirilmiş Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkədə davamlı iqtisadi inkişafa nail olunması istiqamətində gördüyü işlərə dəstək nümayiş etdirilməsinə dair iştirakçılar tərəfindən Bəyanat qəbul edilib.
15 yanvar 2024