27 dekabr 2023
Dekabrın 27-də Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşəbbüsü ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsaslanan İCFM-İFRS modulu üzrə beynəlxalq təlimin başa çatması nəticəsində dünyanın 132 ölkəsində tanınan beynəlxalq kvalifikasiyadan uğurla keçən dinləyicilərə beynəlxalq diplom və sertifikatların təqdimolunması mərasimi keçirilib. Təşkilat komitəsi tərəfindən beynəlxalq təlimi başa vuraraq yekun imtahanda uğurlu nəticə göstərən Sumqayıt Dövlət Universitetinin iki əməkdaşı-İqtisadiyyat və idarəetmə faküItəsinin Maliyyə və mühasibat uçotu kafedrasının assistenti Gülşən Hüseynzadəyə beynəlxalq diplom, kafedranın böyük laborantı Türkan Seyfullayevaya sertifikat təqdim edilib. Sumqayıt Dövlət Universiteti ilə Əməkdaşlıq Memorandumu çərçivəsində universitetin daha 2 əməkdaşı təlimlərdə iştirak etdi və uğurlu nəticə göstərərək beynəlxalq sertifikatlara layiq görüldülər. Bir daha təbrik edirik. Uğurlarınız davamlı olsun!