4 dekabr 2023
02 dekabr 2023-cü il tarixində APFM üzvləri üçün “Fiskal Fitnes: Maliyyə İdarəetmə Texnikaları” mövzusunda seminar keçirildi. Seminar APFM MHBS Komitəsinin sədri Kəmaləddin Quliyev tərəfindən hibrid formatda aparıldı. Tədbirdə 100 nəfərə yaxın APFM üzvü iştirak etdi. Seminarda maliyyə planlaşdırması və büdcələşdirmə, maliyyə hesabatları və təhlili və risklərin idarə edilməsi və investisiya strategiyaları mövzuları əhatə olundu. Maraqlı təqdimata görə Kəmaləddin müəllimə təşəkkür edirik!