16 noyabr 2023
APFM üzvləri IFAC tərəfindən təşkil olunmuş "IFAC Thought-Leadership Programming” mövzusunda seminarda iştirak edirlər. Seminar dayanıqlılıq, hesabatlılıq, audit və etika standartlarında peşənin qlobal səsinin yüksəldilməsi, peşədə süni intellekt və sair sessiyalardan ibarət olmaqla, IFAC çərçivəsində mühasib peşəsinin üzləşdiyi çətinliklər və həlli imkanları müzakirə olunur. Tədbirlər çərçivəsində APFM üzvləri digər ölkələrin peşəkar mühasib təşkilatlarının nümayəndələri ilə görüşlər təşkil olunur, yeniliklərin tətbiqi üzrə təcrübə mübadiləsi aparılır.