7 noyabr 2023
Londonda "Mühasiblərin Zirvə Toplantısı 2023" beynəlxalq konfransı çərçivəsində ICB/ICFM Global tərəfindən Böyük Britaniyanın peşəkar mühasib təşkilatlarının mütəxəssisləri ilə görüş təşkil olundu. Görüşdə mühasiblik peşəsinə xidmətlərinə və dövlət qulluğuna görə Britaniya İmperiyasının ordeninə sahib, ICAEW Vergi şurasının üzvü, Britaniya Vergi və Gömrük Xidmətinin əməkdaşı Paul Aplin (OBE) çıxış etdi, təcrübə mübadiləsi aparıldı, maliyyə, vergi sahəsində son yeniliklər müzakirə olundu. Sonda Azərbaycan nümayəndə heyəti adından , APFM üzvləri tərəfindən qonaqlara milli hədiyyələr təqdim olundu.