26 Oktyabr 2023
APFM İdarə heyəti və Komitə üzvləri biznes səhər yeməyində bir araya gəldilər. Görüşdə cari məsələlər təhlil olundu, 2024-cü il Tədbirlər planının hazırlanması üçün yeni ideya və təkliflər səsləndirildi. Həmçinin davamlı peşəkar inkişaf üzrə üzvlük proqramlarının təkmilləşdirilməsi, növbəti seminarların mövzuları, gələcək planlar, ümumiyyətlə APFM-in fəaliyyətinin daha da genişləndirilməsi üçün yeni inkişaf strategiyası müzakirə olundu.