Xəbərlər

ICB “Certificate in Advanced Bookkeeping” modulu üzrə ilk təlimlər yekunlaşdı

Əməkdaşlıq Memorandumları çərçivəsində Avrasiya Universitetinin, Odlar Yurdu
Universitetinin, Gəncə Dövlət Universitetinin və Lənkəran Dövlət Universitetinin tələbələri
üçün təşkil olunmuş ICB “Certificate in Advanced Bookkeeping” modulu üzrə ilk təlimlər
yekunlaşdı. Təlimlər APFM-də akkreditə olunmuş Finans Academy-nin təşkilatçılığı ilə
APFM Təhsil Komitəsinin üzvü- Əfqan Səfərli tərəfindən aparıldı.
Təlim və imtahan Azərbaycan dilində keçirildi. Təlimi müvəffəqiyyətlə başa vurmuş və
imtahanlardan uğur qazanmış tələbələrə beynəlxalq sertifikatlar təqdim olundu. Təqdimat
tədbirində tələbələr APFM-in ünvanına xoş sözlər səsləndirdi, onlar təlimçinin peşəkarlığını,
təlim prosesinin təşkilini, xoş mühiti, mehriban, səmimi münasibəti yüksək qiymətləndirdilər.
Biz də gələcəyin peşəkar maliyyə mütəxəssislərini APFM ailəsinə üzv qəbul etməkdən
məmnunuq və onlara uğurlar arzu edirik!