Xəbərlər

ICFM beynəlxalq kvalifikasiyası- MHBS (IFRS) üzrə tədrisi uğurla başa vurmuş dinləyicilərə beynəlxalq diplomlar təqdim olundu

ICFM beynəlxalq kvalifikasiyası- MHBS (IFRS) üzrə tədrisi uğurla başa vurmuş dinləyicilərə
beynəlxalq diplomlar təqdim olundu. Bu proqramlar üzrə təlim keçmiş APFM üzvləri öz bilik
səviyyələrini nüfuzlu ICFM Global təşkilatı tərəfindən verilmiş beynəlxalq diplomlarla
təsdiqləmiş oldular. Tədbirdə APFM-in rəhbərliyi və təlimçilər iştirak etdilər, onlar
dinləyiciləri təbrik etdilər və öz xoş arzularını bildirdilər. APFM üzvləri isə uğurlu nəticə əldə
etmələrində APFM-də tədris prosesinin keyfiyyətinin, təlimçilərin peşəkarlığının rolunu
xüsusi qeyd etdilər, həmçinin, belə bir təlimdə iştirak etmək imkanı əldə etdikləri üçün
APFM rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Bir daha beynəlxalq diplomlar əldə etmiş mütəxəssislərimizi və təlimçilərimizi təbrik edirik,
onlara daha yüksək nailiyyətlər arzu edirik.