Xəbərlər

ICFM beynəlxalq kvalifikasiyaları

ICFM beynəlxalq kvalifikasiyaları- MHBS (IFRS), Maliyyə Menecmenti (FM) və İnsan
resurslarının idarə olunması (HR) üzrə tədrisi uğurla başa vurmuş dinləyicilərə beynəlxalq
diplomlar təqdim olundu. Bu proqramlar üzrə təlim keçmiş APFM üzvləri müvafiq ixtisaslar
üzrə öz bilik səviyyələrini nüfuzlu ICFM Global təşkilatı tərəfindən verilmiş beynəlxalq
diplomlarla təsdiqləmiş oldular. Tədbirdə APFM-in rəhbərliyi, APFM üzvləri və təlimçilər
iştirak etdilər.
Giriş sözü ilə çıxış edən APFM-in sədri Nuriyyə Novruzova dinləyiciləri təbrik etdi və bu
programların unikallığını, əhəmiyyətini qeyd etdi, dünyanın ən iri mühasibat təşkilatı olan
ICB/ICFM Global kvalifikasiyalarının demək olar ki, bütün inkişaf etmiş ölkələrdə təqdim
olunması haqqında məlumat verdi. Daha sonra təlimçilər cıxış etdilər, onlar dinləyicilri təbrik
etdilər və öz xoş arzularını bildirdilər. APFM üzvləri isə uğurlu nəticə əldə etmələrində
APFM-də tədris prosesinin keyfiyyətinin, təlimçilərin peşəkarlığının rolunu xüsusi qeyd
etdilər, həmçinin, belə bir təlimdə iştirak etmək imkanı əldə etdikləri üçün APFM rəhbərliyinə
öz təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, APFM maliyyə mütəxəssislərinin peşəkarlığının artırılması, maliyyə peşəsinin
nüfuzunun artması, inkişafı, hesabatlılığın təkmilləşdiriliməsi, maliyyə hesabatlarının
beynəlxalq standartlara və yerli qanunvericiliyin tələblərinə cavab verən hesabatlılıq
səviyyəsində hazırlanması istiqamətində tədbirlər həyata keçirilir və bu sahədə müasir
tələblərə cavab verən beynəlxalq təlimlər təşkil edir.
Çox sevindirici haldır ki, APFM üzvlərinin davamlı inkişafa, növbəti kvalifikasiyalara
yiyələnmək marağının artdığını müşahidə edirik. APFM isə öz növbəsində Peşəkar Mühasib
Təşkilatı kimi hər zaman peşəkar mütəxəssislərimizin hazırlığı və maarifləndirilməsi
prosesində fəal iştrak edir, beynəlxalq təcrübənin tətbiqi yolu ilə bu sahədə yeniliklər tətbiq
edərək onların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verir.
ICB/ICFM Global dünyanın 132 ölkəsində, 5200 imtahan mərkəzində, dünyanın 200 000-
dən çox üzvü və tələbəsində təmsilçiləri vasitəsilə təmsil olunan və işləyən aparıcı peşəkar
beynəlxalq cəmiyyətdir. ICB/ICFM kvalifikasiyaları müasir tələbləri nəzərə aldığı və zəruri
bilikləri əhatə etdiyi üçün böyük maraqla qarşılanır və mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilir.
Bir daha beynəlxalq diplomlar əldə etmiş mütəxəssislərimizi və təlimçilərimizi təbrik edirik,
onlara daha yüksək nailiyyətlər arzu edirik.
ICFM beynəlxalq kvalifikasiyaları

ICFM beynəlxalq kvalifikasiyaları

ICFM beynəlxalq kvalifikasiyaları