Daxili auditin və nəzarətin gücünün üzə çıxarılması
“Daxili auditin və nəzarətin gücünün üzə çıxarılması: Maliyyə mükəmməlliyinin gücləndirilməsi” mövzusunda seminarımız uğurla başa çatdı. Seminar PMD Group şirkətinin Audit Departmentinin rəhbəri və APFM Komitə üzvü-Səid Səidli (CIA) tərəfindən keçirildi. Seminar daxili auditin rolu və əhəmiyyəti, daxili audit təcrübələrini istiqamətləndirən əsas çərçivələri və standartları, effektiv daxili auditin faydaları, risklərin idarə edilməsi və sair maraqlı mövzuları əhatə etdi, güclü daxili audit təcrübələrindən faydalanan şirkətlərin real dünya nümunələri nümayiş olundu, daxili nəzarət və daxili audit arasındakı əlaqələr, daxili nəzarət komponentləri, daxili audit prosesinin mərhələləri və s. mövzular müzakirə olundu. APFM üzvləri seminarda iştirak etdilər və onları maraqlandıran suallar cavablandırıldı. Seminarın peşəkar səviyyədə və maraqlı aparılmasına görə Səid Səidliyə təşəkkür edirik! APFM üzvlərinə isə fəal iştiraklarına görə təşəkkür edirik!