Xəbərlər

Bu gün APFM-də Azərbaycanda işgüzar səfər

Bu gün APFM-də Azərbaycanda işgüzar səfərdə olan ACCA Türkiyə, Azərbaycan və
Gürcüstan ölkələri üzrə rəhbəri Filiz Demiröz və ACCA-in Türkiyə, Azərbaycan və
Gürcüstan Regional Mərkəzinin bazarın inkişafı və genişləndirilməsi üzrə meneceri Ülgen
Kıymık Coşkun ilə maraqlı görüş keçirdik və gələcək əməkdaşlıq istiqamətləri üzrə səmimi
söhbətlər apardıq. Onlar APFM lə birgə maraqlı layihələrin həyata keçirilməsində maraqlı
olduqlarını bir daha vurğuladı.
IFAC üzvləri olaraq ACCA və APFM arasında əməkdaşlıq maliyyə mühasibatlıq sahəsində
çalışan mütəxəssislərin və ümumilikdə mühasib peşəsinin inkişafına böyük töhfədir.
Filiz xanıma Finansist jurnalında təqdim etdiyi maraqlı müsahibəyə görə və eləcə də APFM-
lə bağlı gözəl fikirlərinə və arzularına görə təşəkkür edirik!
Qeyd edək ki, bu il mart ayında ACCA və APFM arasında Anlaşma Memorandumu
imzalanmışdır.
APFM olaraq, peşəkar mühasiblərimizin davamlı peşəkar inkişafında çox maraqlıyıq və
beynəlxalq nüfuzlu qurumlarla əməkdaşlığımızı hər zaman genişləndirərək bu
istiqamətlərdə yeni imkanlar əldə etmək üçün daima çalışırıq.
Bu gün APFM-də Azərbaycanda işgüzar səfər

Bu gün APFM-də Azərbaycanda işgüzar səfər