Xəbərlər

-Gürcüstan Mühasiblər Birliyinin üzvləri ilə APFM-də maraqlı və səmimi görüş keçirildi.

19 sentyabr 2023-cü il tarixində Bakıda işgüzar səfərdə olan gürcü həmkarlarımız ICFM
Georgia -Gürcüstan Mühasiblər Birliyinin üzvləri ilə APFM-də maraqlı və səmimi görüş
keçirildi. Görüşdə hər iki nümayəndəliyin rəhbərləri, eləcə də ICB/ICFM Global Beynəlxalq
Şurasının üzvəri-Tata Beridze və Nuriyyə Novruzova ICB&ICFM Global tərəfindən təqdim
olunan beynəlxalq kvalifikasiyalar, proqramların məzmunu, üstünlükləri və praktikada tətbiqi
üzrə geniş müzakirələr apardılar, regional olaraq mühasiblərin beynəlxalq standartlara
uyğun hazırlığı, onların peşəkarlığının artırılması, ümumilikdə mühasib peşəsinin inkişafı üzrə
yeni imkanları təhlil etdilər, gələcəkdə birgə layihələrin həyata keçirilməsi üzrə tədbirlər
planının hazırlanmasının əhəmiyyətini vurğuladılar. Həmkarlarımıza uğurlar arzu edirik!