Batumidə Gürcüstan Mühasiblər Birliyinin üzvləri ilə görüş
11 iyun 2023-cü il tarixində Batumidə Gürcüstan Mühasiblər Birliyinin üzvləri ilə görüşdə APFM-in sədri Nuriyyə Novruzova ICB&ICFM Global tərəfindən təqdim olunan beynəlxalq kvalifikasiyalar haqqında təqdimat keçirdi, proqramların məzmunu, üstünlükləri və praktikada tətbiqi üzrə geniş məlumat verdi. Təqdimat Gürcüstanlı həmkarlarımız tərəfindən çox maraqla qarşılandı. APFM nəinki ölkə daxilində, həmçinin regional olaraq da mühasiblərin beynəlxalq standartlara uyğun hazırlığını, onların peşəkarlığının artırılmasını, ümumilikdə mühasib peşəsinin inkişafını dəstəkləyir. Qeyd edək ki, Gürcüstan Mühasiblər Birliyi ICB&ICFM Global ailəsinə yeni qoşulub və ICFM Azərbaycan olaraq öz təcrübəmizi bölüşməyə hər zaman hazırıq. Həmkarlarımıza uğurlar arzu edirik!