Xəbərlər

Azərbaycan Respublikası Maliyyə Nazirliyində peşəkar mühasib təşkilatları və aparıcı audit şirkətlərinin nümayəndələri ilə görüş

İyunun 14-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində peşəkar mühasib təşkilatları və
aparıcı audit şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə APFM-in sədri Nuriyyə Novruzova, sədr müavini Rauf Rzayev, Komitə üzvləri
Zərqələm İsayeva və Əfqan Səfərli iştirak edərək, PMS üzrə təbliğatın daha da artırılması,
mühasiblərin davamlı inkişaf proqramı ilə qanunvericilik səviyyəsində təmin olunması,
reyestr məlumatlarının təkmilləşdirilməsi, qanunvericiliyin tətbiqinə nəzarət mexanizminin
müəyyənləşdirilməsi və s təkliflər irəli sürdülər. Bu vacib və əhəmiyyətli görüşün təşkilinə
görə Maliyyə Nazirliyinə təşəkkür edirik!
Azərbaycan Respublikası Maliyyə Nazirliyində peşəkar mühasib təşkilatları və aparıcı audit şirkətlərinin nümayəndələri ilə görüş