Xəbərlər

Əfqan Səfərlinin təqdimatında ICB UK “Certificate in Advanced Bookkeeping”

Bu gün Azərbaycan Texnologiyalar Universitetində Finans Academy- nin təşkilatçılığı ilə
tələbələr üçün APFM Təhsil Komitəsinin üzvü, peşəkar təlimçi- Əfqan Səfərlinin
təqdimatında ICB UK “Certificate in Advanced Bookkeeping” beynəlxalq təlim proqramı üzrə
info-sessiya keçirildi. Program beynəlxalq standartları nəzərə alan və baza bilikləri əhatə
edən mühasibatlıq proqramıdır. Proqramın unikallığı ondan ibarətdir ki, tədris və imtahan
Azərbaycan dilində keçirilir. Keçid balı toplamış tələbələr ICB Global beynəlxalq sertifikata
sahib olurlar, beynəlxalq səviyyədə tanınan bu sertifikat və praktiki təcrübə isə onlara iş
axtarışı zamanı böyük üstünlüklər verir.
Tədbirin təşkilinə görə ATU rəhbərliyinə təşəkkür edirik!
Əfqan Səfərlinin təqdimatında  ICB UK “Certificate in Advanced Bookkeeping”