25.04.2023-cu il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm- Tədris Mərkəzi (METM) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin...
25.04.2023-cu il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm- Tədris Mərkəzi (METM) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatı kimi fəaliyyət göstərən, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvü -Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. METM və APFM arasında imzalanan və tərəflər arasında qarşılıqlı iş birliyinin qurulmasını təmin edən bu Əməkdaşlıq Memorandumuna əsasən, adı çəkilən tərəflər maliyyə, mühasibat və vergi qanunvericiliyi üzrə ölkədə gedən islahatlara töhfə vermək, mütəxəssislərin qeyd edilən sahələrə dair bilik və bacarıqlarını artırmaq, eləcə də onların Peşəkar mühasib sertifikatı (PMS) imtahanlarına hazırlıq prosesinini daha da sürətləndirmək və təkmilləşdirmək, ümumi maarifləndirmə işlərinin həyata keçirmək məqsədilə memorandumda razılaşdırılan istiqamətlər üzrə əməkdaşlıq edəcək. Memorandum çərçivəsində yaradılacaq işçi qrupu yaxın gələcəkdə PMS imtahanlarına hazırlıq üçün təlim proqramlarının və tədris vəsaitlərinin hazırlanması və yenilənməsi üzrə birgə fəaliyyət göstərəcək, bu sahədə mövcud problemlərin və gələcəkdə yaranacaq sualların həllində koordinasiyanı və kompleks yanaşmanı təmin edəcək.