Xəbərlər

Lənkəran şəhərində "Lankaran Springs" otelində "Peşəkar mühasiblər üçün Beynəlxalq Etika Kodeksi-son dəyişikliklər və biznesdə tətbiqi" mövzusunda seminarımız uğurla başa çatdı

Lənkəran şəhərində "Lankaran Springs" otelində "Peşəkar mühasiblər üçün Beynəlxalq Etika Kodeksi-son dəyişikliklər və biznesdə tətbiqi" mövzusunda seminarımız uğurla başa çatdı, iştirakçılar üçün əhəmiyyətli oldu, onlar bu sahədə bir çox faydalı məlumatlar əldə etdilər.
Qeyd edək ki, bu mövzuda seminar mühasiblər üçün ilk dəfə keçirildi. Beynəlxalq Mühasiblər Federasiyasının "Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” bu peşənin İctimai maraqlar üzrə məsuliyyətini əks etdirən peşəkar mühasiblər üçün peşə etikasının fundamental prinsiplərini müəyyənləşdirir. Bu isə Respublikamızda iqtisadiyyatın hazırkı nəzarət sisteminin daha da genişlənməsi və onun bütün imkanlarından tam istifadə edilməsi, şəffaf hesablamaların aparılması, iqtisadi potensialın güclənməsi və milli sərvətin insan kapitalına çevrilməsində yüksək səviyyəli mütəxəssislərin formalaşması baxımından vacib amillərdən biridir.
Seminar çərçivəsində həmçinin "Astaraçay" MMC-nin çay emalı fabrikinə ekskursiya təşkil olundu, iştirakçılar çay istehsalı prosesi haqqında geniş məlumat əldə etdilər. Bir daha iştirakçılara təşəkkürümüzü bildiririk!